Hər bir telefon danışığını bu sözlərlə başlayıram: “Telefonum sönmək üzərədir, gəl tez ən vacib olandan danışaq”. Əgər həzm sistemin yaxşı işləyirsə, başında hələ tük varsa və yaxşı işin varsa evlənməyə tələsmə. 10 il gözlə və seçim et. Mən səninlə razılaşardım, lakin bu halda ikimizdə haqsız olacayıq. Əgər məni işdən qovsalar bu həyat yoldaşım üçün yaxşı sınaq olacaq. Yox əgər vəzifəmi qaldırsalar o zaman mənim üçün. İnsana balıq tutmağı öyrət və o ona balıq tutmağa vəd verən hər kəsə səs verməyə hazır olacaq. Əksər məşhur insanların ali təhsili belə yoxdur. Yaxşı bu halda onlarla necə hər hansı vacib bir məsələni müqayisə edəsən?! Yalnız neandertallar fiziki təcavüz səviyyəsinə qədər enir. Mən isə insanı mənəvi olaraq əzməyə – ruhunu sındırmaq və ümidini üzməyə üstünlük verirəm. Həyatda sevdiyim ən böyük əyləncələrdən biri odur ki, kimsə öz selfie-sini yerləşdiri və heç kim onu “like” etmir. Müsahibini dinləməyin yarı faizi öz sözünü demək növbəni gözləmək, yarı faizi isə hər 10 saniyədən bir üz ifadəni dəyişməkdən ibarətdir. Nə vaxt “1 dəqiqə səni olar?” sualını eşitdikdə başa düşürəm ki, heç vaxt geri qaytara bilməyəcəyim 30 dəqiqəmi itirəcəm. “Özün ol” – təqribən 5% insan üçün əla məsləhətdir. Tezliklə başa düşəcəksən ki, susmaq – kimisə başından rədd etməyin ən yaxşı yoludur. Mənə “Biz mütləq görüşməliyik” dedikdə “Əlbəttə, sənə zəng vuracam” cavabını verirəm. Bu yalana yalanla cavab verməkdir. Mənim iPhone üçün örtüyə ehtiyacım yoxdur, məgər mən məsuliyyətsiz və yaxud yoxsulam?! İnsanlar Suriya haqqında fikir irəli sürməmişdən öncə onu xəritədə göstərməyi bacarmalıdırlar. Çox təəssüf ki, axmaqlıq öz sahibinə zərər yetirmir. Bəzi insanlar hətta öz həyatları ilə bağlı filmdə ikinci planda olan rolu oynardılar. Əgər yalnız bir cəhət üzrə ən yaxşı olmalı olsan – yalan üzrə ol. Bu halda hər şeydə yaxşı sən olacaqsan. Yanımızda olan birinin öz telefonuna baxması halında sənin də öz telefonunu çıxararaq baxmağın – dövrün əsnəməyidir. Ən uğurlu və uğursuz insanları bir cəhət birləşdirir. Belə ki, onlardan hər biri heç vaxt səhv etməyəcəklərini düşünürlər. Pul insanı xoşbəxt edə bilməsə də, onu bədbəxt edən problemlərin 95%-ni həll edir. - See more at: http://banker.az/wall-street-liftl%C9%99rind%C9%99-esidil%C9%99n-sitatlar/#sthash.446P3GLO.dpuf

Теги других блогов: mənəviyyat aforizmlər insan psixologiyası