Həyatın 10 qızıl qaydası 1. Televizora baxmayın. Heç vaxt. 2. Ağlınıza ideya gəldi? Qeyd edin. 3. Gecikirsiniz? Bu barədə xəbərdarlıq etməyə çalışın. 4. Sizi satmış insanların yanına geri qayıtmayın. Onlar dəyişən deyil. 5. Şirin dil ilanı yuvasından çıxardar. Bundan tez-tez istifadə edin. 6. Səhvlərinizi etiraf etməyi bacarın. 7. Həmişə narazılıq etmək vərdişinizdən əl çəkin. Heç kimi özgə problemlər maraqlandırmır. 8. Qeyri-müəyyən situasiyalarda həmişə yuxuya getməyə çalışın. Situasiya nə qədər çətin olur olsun, “bu da keçər” deyib keçin. 9 İlk öncə ən çətin və xoşunuza gəlməyən işi edin. Onu etdiyiniz təqdirdə, günün qalan hissəsində mənasız fikirlər sizi narahat etməyəcək. 10. Hətta ən ciddi mübahisələrdə belə insanların zəif damarından tutmayın… Çox ehtimal ki, bir gün barışacaqsınız, amma sözlər hələ uzun müddət yadda qalacaq.

Теги:

Теги других блогов: